Modern.az

Bakıda itkin düşən uşaq tapıldı

Bakıda itkin düşən uşaq tapıldı

18 Yanvar 2019, 22:30

Bakıda bir neçə gün öncə itkin düşən uşaq tapılıb. Modern.az “Trend” istinadən xəbər verir ki, bir neçə gün öncə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə fərdi evdə yaşayan, 2008-ci il təvəllüdlü Hacıyev Hakim Nəvai oğlu naməlum şəraitdə itkin düşüb.

 

Yanvarın 17-də o, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Suraxanı rayonu ərazisində aşkarlanaraq ailəsinə təhvil verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama