Modern.az

Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu

Azərbaycanlı Ukraynada prezidentliyə namizəd oldu

21 Yanvar 2019, 21:57

Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.

Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, MSK, həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb.

 

Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb.

 

Prezident seçkiləri martın 31-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza