Modern.az

Venesuelada qiyama görə 40-dək hərbçi saxlanıldı

Venesuelada qiyama görə 40-dək hərbçi saxlanıldı

Dünya

22 Yanvar 2019, 00:52

Venesuelada hərbi qiyam cəhdinə görə 40-dək hərbçi saxlanıldı. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda qiyamçılar xüsusi xidmət orqanlarında ifadə verirlər.

 

Bildirilir ki, saxlanılan şəxslər avtomobillərdə aparılarkən atəş səsləri eşidilib. Güman olunur ki, atəş nəzarətçilər tərəfindən açılıb.

 

Qeyd edək ki, səhər saatlarında paytaxt Karakasda Milli Qvardiya qərargahının zəbt olunması barədə xəbərlər yayılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza