Modern.az

“Volvo” 200 mindən çox avtomobili geri çağırdı

“Volvo” 200 mindən çox avtomobili geri çağırdı

Dünya

23 Yanvar 2019, 00:33

İsveçin “Volvo” avtomobil konserni yanacaq sistemində problemlərin yaranması ilə əlaqədar dünyanın hər yerindən 200 mindən çox avtomobilinin geri çağırıldığını elan edib. Modern.az xarici mediaya istinadən  xəbər verir ki, çox güman, söhbət yanacaq şlanqındakı çatlardan gedir.

 

Hazırda konserndə zay sayılmış detallar ilə bağlı hər hansı şikayət qeydə alınmayıb. Lakin üzə çıxarılan qüsur onsuz da aradan qaldırılmalıdır. Bu, şirkət tərəfindən ehtiyat tədbiri kimi nəzərdən keçirilir.

 

Qeyd edək ki, zay detallar pulsuz əvəzlənəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza