Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Qudalar arasında baş verən bıçaqlanma nəticəsində xeuli xəsarət alan var. Hadisəni Cəlilabad rayon sakini 37 yaşlı İsmayıl Əli oğlu İsmayılov törədib. Belə ki, İsmayıl 31 yaşlı həyat yoldaşı Sevda İsmayılovanı döyərkən, qonşuluqda yaşayan qohumlar qadını İsmayılın əlindən almağa çalışıblar. Bundan əsəbləşən İsmayıl qaynatası 74 yaşlı Allahverən Əliyevi, baldızı 31 yaşlı Sevinc Əliyevanı, bacanağı 47 yaşlı Nəbi Mehdiyevi, onun övladları 14 yaşlı Günel Mehdizadəni və 18 yaşlı İlkin Mehdizadəni bıçaqlayaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Modern.az ANS-ə istinadən bildirir ki, hadisə yerinə gələn post patrul xidmətinin polis nəfəri Elməddin Ağalarov da münaqişə zamanı xəsarət alıb.
Hadisə yerinə təcili yardım maşınları gəlib və yaralılar dərhal mərkəzi rayon xəstəxanasına çatdırılıb. 2 nəfər yaralının vəziyyəti ağır oldğunundan Səhiyyə Nazirliyinin göstərişilə onlar Bakıdakı 1 nömrəli xəstəxanaya göndərilib. Rayon Polis Şöbəsində ilkin araşdırmalara başlanıb.
Öz qohumlarına xəsarət yetirən İsmayıl İsmayılov özü də xəsarət alıb. Hadisənin tam təfərrüatları isə araşdırmaların sonunda bəlli olacaq.
Modern.az