Modern.az

Deputat: “Prezidentin danışdıqları ilə fəxr etdim”

Deputat: “Prezidentin danışdıqları ilə fəxr etdim”

Aktual

23 Yanvar 2019, 16:12

“Ölkə prezidentinin Davos İqtisadi forumunda iştirak etməsi Azərbaycan xalqı üçün çox qürur verici hissdir. Cənab Prezidentin keçirdiyi görüşlər çox önəmlidir”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov ölkə Prezidentinin Davos İqtisadi Forumunda iştirakını şərh edərkən deyib.  

O bildirib ki, dünyanın ən nəhəng və tərəfsiz təşkilatı olan Davos İqtisadi Forumunda iştirakını çox yüksək dəyərləndirilir.

“Bu gün Davos İqtisadi Forumunda 100-dən artıq dövlətin rəhbəri iştirak edir, 1000-dən çox qlobal şirkətlər iştirak edir. Builki forumda mövzu 4-cü sənaye inqilabı dövründə yeni arxitekturaların yaradılmasıdır. 4-cü sənaye inqilabının özünəməxsus çağırışları var.

Möhtərəm cənab Prezidentin səsləndirdiyi fikirlər dünya iqtisadiyyatı üçün çox önəmlidir. Forumda cənab Prezidentin görüşdüyü qlobal şirkətlərin rəhbərləri Azərbaycanda gedən sürətli inkişafının səbəblərini soruşurdular.

İlham Əliyev Çinin məşhur televiziyasına verdiyi müsahibədə Azərbaycanda gedən sürətli inkişafdan danışıb. Mən bir azərbaycanlı olaraq cənab Prezidentin danışdıqları ilə fəxr etdim. Dünya İqtisadi Forumunda prezidentimizlə görüşənlər Azərbaycan iqtisadiyyatına heyranlığını bildirirdilər”.

Deputatın sözlərinə görə, Dünya Bankının rəhbəri bildirir ki,  Azərbaycan 32 pillə irəliləyərək Dünya iqtisadiyyatında önəmli yer tutur.

“Azərbaycan 20 il əvvəl borc alırdı, indi isə kredit verən, donor ölkəyə çevrilib. Bu, böyük uğurdur.

Ölkə prezidentinin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi modelinin artıq Dünya İqtisadi Forumunda ayrı-ayrı panellərdə təqdimatı bizim uğurumuzdur. Dünyanın bir çox ölkələrinin rəhbərləri İlham Əliyevə deyir ki, biz bura sizinlə görüşmək üçün gəlmişik. Azərbaycanın sürətli inkişafı göz önündədir. Ölkəmiz dünyada söz sahibidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...