Modern.az

Naira Şahtaxtinskaya, Rövşən Rzayev və Fuad Muradovun Litva görüşləri

Naira Şahtaxtinskaya, Rövşən Rzayev və Fuad Muradovun Litva görüşləri

Təhsil

28 Noyabr 2011, 09:13

Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayev və Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fuad Muradov Lİtva Seyminin dəvəti ilə noyabrın 23-dən 25-dək Vilnüsdə səfərdə olublar.

Azərbaycanın Litvadakı səfirliyindən AzərTAc-a bildirilib ki, deputatlar Seymin vitse-spikeri Çeslovas Stankyaviçusla görüşüblər.

Görüşdə Azərbaycanın Avropa strukturlarına inteqrasiyası, Avronest Parlament Assambleyasında əməkdaşlıq və s məsələlər müzakirə edilib.. 
Ç.Stankyaviçus Bakıya səfəri ilə bağlı təəssüratlarını bölüşüb, Litva ilə Azərbaycan arasında əlaqələrin inkişafında parlamentlərin rolunu qeyd edib. İki ölkənin parlamentləri tərəfindən həyata keçirilən birgə tvinninq layihəsinin müvəffəqiyyətlə başa çatmasından razılıq hissi ifadə edilib.

Litva Seyminin xarici işlər üzrə parlament komitəsinin sədri Emanuelis Zingerislə görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, əlaqələrin perspektivləri müzakirə olunub.
Milli Məclisin üzvləri Avropa Parlamentinin Litvadan olan deputatları Vitautas Lansbergis və Viktor Uspasskixlə də görüşüblər.

 Azərbaycan deputatları Dağlıq Qarabağ probleminin həlli ilə bağlı rəsmi Bakının ədalətli mövqeyi, habelə ölkəmizin dinamik iqtisadi inkişafı haqqında litvalı həmkarlarına ətraflı məlumat vermiş, ümidvar olduqlarını bildiriblər.

Milli Məclisin deputatlarını Litva parlamentinin üzvləri ilə görüşlərdə Azərbaycanın Litvadakı səfiri Naira Şahtaxtinskaya da iştirak edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama