Modern.az

Ərdoğan Moskvada Putinlə görüşdü

Ərdoğan Moskvada Putinlə görüşdü

Aktual

23 Yanvar 2019, 19:15

Türkiyə və Rusiya arasında münasibətlər regionda təhlükəsizliyə müsbət təsir göstərir.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.

 

Türkiyə lideri qeyd edib ki, bu gün iki ölkə arasında münasibətlərin inkişafını bütün sahələr üzrə, o cümlədən hərbi və siyasi sahələrdə müşahidə etmək olar.

 

R.T.Ərdoğanın sözlərinə görə, Ankara və Moskva mühüm müttəfiqlərdir.

Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Rusiyaya bir günlük səfərə gəlib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...