Modern.az

İraqla sərhəddə 21 terrorçu zərərsizləşdirilib

İraqla sərhəddə 21 terrorçu zərərsizləşdirilib

Dünya

23 Yanvar 2019, 20:25

Türkiyə Silahlı Qüvvələri terrorçulara qarşı mübarizəni davam etdirir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Zap, Metina, Avaşin və Haftanin bölgələrində yerləşən terror düşərgələrinə zərbələr endirib.

 

Məlumata görə, nəticədə 21 terrorçu zərərsizləşdirilib. Məhv edilən terrorçuların silahlı olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza