Modern.az

Hansı deputatın işi sizi qane edir? - VII SORĞU

Hansı deputatın işi sizi qane edir? - VII SORĞU

Parlament

28 Noyabr 2011, 10:16


2010-cu ilin 7 noyabr seçkiləri nəticəsində formalaşan dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyət göstərməsinin 1 ili tamam olub. Geridə qalan bu 1 il kifayətdir ki, parlamentin işini yaxından izləyən ictimaiyyət nümayəndələrinə, o cümlədən seçicilərə deputatların fəaliyyətinə qiymət verə bilsinlər. Bu müddət ərzində parlamentdə təmsil olunan 125 deputat arasında aktiv fəaliyyət göstərən, seçicilərilə müntəzəm görüşlər keçirən, tez-tez seçicilərinin və ümumən ölkənin problemlərini qaldıran millət vəkilləri də olub, iclaslarda susub danışmayan, müzakirələrə qatılmayan, qanun layihələrinə və digər məsələlərə münasibət bildirməyən, yalnız gündəliyə çıxarılan sənədə səs verməklə kifayətlənən mandat sahibləri də.

Modern.az parlamentin işini yaxından izləyən portal olaraq dördüncü çağırış Milli Məclis üzvlərinin fəaliyyətilə bağlı sorğunu davam etdirir. Sorğu müddətində hər həftə 15 deputatın adını təqdim edib oxucularımızı onların fəaliyyyətinə qiymət verməyə dəvət edirik.

Beləliklə, “Aşağıdakı hansı deputatın işi sizi qane edir” sualını cavablandırmaqla sorğuya qatıla bilərsiniz. Sorğuda iştirak etmək üçün Modern.az saytının əsas səhifəsindəki "Sorğular" bölməsində qeyd olunan cavablardan birini seçmək olar.

Artıq soyadları əlifba sırası üzrə ilk 90 deputatla bağlı sorğunu yekunlaşdırmışıq. Sırada yenə əlifba sırası ilə yeddinci “15-lik”dir. Aşağıdakılardan kimin fəaliyyətini bəyənirsiniz?

1. Hüseynbala Mirələmov
2. Aydın Mirzəzadə
3. Asim Mollazadə
4. Səttar Möhbalıyev
5. Fuad Muradov
6. Bahar Muradova
7. Rasim Musabəyov
8. Madər Musayev
9. Fazil Mustada
10. Aytən Mustafayeva
11. Aqiyə Naxçıvanlı
12. Siyavuş Novruzov
13. Zahid Oruc
14. Ayaz Orucov
15. Ceyhun Osmanlı

Modern.az 

***
Əlaqəli yazılar:

Hansı deputatın işi sizi qane edir? - I SORĞU
//modern.az/articles/17915/1/

Hansı deputatın işi sizi qane edir? - II SORĞU
//modern.az/articles/18086/1/

Hansı deputatın işi sizi qane edir? - III SORĞU
//modern.az/articles/18274/1/

Hansı deputatın işi sizi qane edir? - IV SORĞU
//modern.az/articles/18473/1/

Hansı deputatın işi sizi qane edir? - V SORĞU
//modern.az/articles/18593/1/

Hansı deputatın işi sizi qane edir? - VI SORĞU
//modern.az/articles/18840/1/

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Kəlbəcərdə DƏHŞƏTLİ PARTLAYIŞ - Çoxlu sayda YARALI VAR