Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Modern.az-a verilən məlumata görə, yanvarın 23-də saat 7 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Hacıqabul rayon sakini M.Mahmudov idarə etdiyi “Shacman” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zərqələm Rəhmanovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.