Modern.az

“Dövlət qulluğu” jurnalının 1-ci nömrəsi çıxdı

“Dövlət qulluğu” jurnalının 1-ci nömrəsi çıxdı

Aktual

24 Yanvar 2019, 14:58

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “DÖVLƏT QULLUĞU” jurnalının 1-ci nömrəsini çap edib.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, bu nömrədə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”, “Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanları barədə statistik məlumatlar (03.01.2019-cu il tarixə)”, “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə aid statistik təhlil (03.01.2019-cu il tarixə)”, “Dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunmuş şəxslərin siyahısı (01.10.2018 – 03.01.2019)” və digər zəruri məlumatlar dərc olunub

 

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

 

* Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.

* Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 2

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...