““Kurikulum” sözünü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm”.
Modern.az xəbər verir ki, bunu deputat Ağacan Abiyev parlamentin Elm və təhsil komitəsinin iclasında deyib.
O qeyd edib ki, bu sözü düz-əməlli də deyə bilmirik, deyəndə də az qalır ağzımız əyilsin:
“Bu məsələ təhsildə xaos yaradır. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər,desinlər? Bu, xaosdur, “şum”dur...Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.
Mail Ağaxanov