Sabah Abşeron rayonunun Məhəmmədi qəsəbəsinə elektrik enerjisinin təhcizatında məhdudiyyətlər olacaq.
Bu barədə Modern.az-a “Azərişıq”ASC-dən məlumat verilib.
Bildirilir ki, buna səbəb Bağlar Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində elektrik verilişi xətlərinin əlaqələndirilməsinin yenidən qurulmasıdır.
Bununla əlaqədar yanvarın 25-də saat 11:00-dan 14:30-a qədər Məhəmmədi qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.