Modern.az

Azərbaycanda yeni vəkil bürosu fəaliyyətə başlayıb

Azərbaycanda yeni vəkil bürosu fəaliyyətə başlayıb

Aktual

24 Yanvar 2019, 22:59

Azərbaycanda yeni vəkil bürosu fəaliyyətə başlayıb. Kollegiyadan Modern.az-a verilən məlumata görə, Vəkillər Kollegiyasının rəhbərliyi “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun açılış mərasimində iştirak edib.

 

Məlumata görə, qonaqları yeni fəaliyyətə başlamış büronun ofisi ilə tanış edən direktor Faiq Nağıyev görülən işlər barədə məlumat verib, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqla təchiz olunduğunu bildirib.

 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov yeni fəaliyyətə başlamış büroda aparılmış işləri və təchizatı yüksək qiymətləndirib, bu qurumun indiyədək fəaliyyət göstərən vəkil qurumları arasında ən nümunəvi, yüksək beynəlxalq standartlara uyğun təchiz edilmiş büro olduğunu qeyd edib.

 

Kollegiyanın sədri vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin fəaliyyət göstərdikləri qurumlardakı iş şəraitinin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamında da öz əksini tapdığını bildirib, respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barədə məlumat verib.

 

Bundan başqa, görüş zamanı Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemlər və vəkillik fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri dinləyib, vəkilləri maraqlandıran suallar cavablandırılıb, müxtəlif mövzularda müzakirələr aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...