Modern.az

Gənclər və idman komitəsi yaz sessiyasına bu sənədlərlə gedir

Gənclər və idman komitəsi yaz sessiyasına bu sənədlərlə gedir

Aktual

25 Yanvar 2019, 12:14

Milli Məclisin Gənclər və idman komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı ilk iclası öz işinə başlayıb.

 

Moden.az xəbər verir ki, iclasın gündəliyinə adıçəkilən komitənin 2018-ci il payız sessiyasında gördüyü işlərin hesabatı və qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı daxil edilib.

 

Eyni zamanda, gündəliyə “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə” (birinci oxunuşda) qanun layihəsi salınıb.

 

Komitə sədri Ülvi Quliyev çıxışı zamanı bildirib ki, son payız sessiyasında komitənin 3 iclası keçirilib və bu iclaslarda 5 məsələmüzakirə edilib.

 

Qeyd edib ki, hesabat dövründə komitəyə 47 müraciət, ərizə və şikayət daxil olub və onların əksəriyyəti baxılması üçün aidiyyəti orqanlara göndərilib.

 

Mail Ağaxanov

 

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...