Modern.az

“Məqsəd gənclərin pis vərdişlərdən uzaq olmasıdır” – Komitə sədri qanuna dəyişiklilərdən DANIŞDI

“Məqsəd gənclərin pis vərdişlərdən uzaq olmasıdır” – Komitə sədri qanuna dəyişiklilərdən DANIŞDI

Aktual

25 Yanvar 2019, 12:34

“Gənclər siyasəti haqqında” qanunun 9 maddəsində 25 dəyişikliyin edilməsi nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev iclasda çıxışı zamanı deyib.

Komitə sədri gənclər siyasəti ilə bağlı qanuna dəyişikliklərə toxunaraq bildirib ki, ümumiyyətlə, bu sənədə müasir dövrün reallıqlarına, çağırışlarına, ölkənin inkişafına uyğun olaraq, mütəmadi düzəlişlər edilir:

“Bu sənəd 2002-ci ildə qəbul olunub. O, 14 maddədən ibarətdir. İndi isə onun 9 maddəsində 25 dəyişikliyin edilməsi nəzərdə tutulur. Burada da məqsəd odur ki, Azərbaycan gəncliyi inkişaf etsin, intellektual səviyyəsi yüksəlsin, pis vərdişlərdən uzaq olsun”.

 

Mail Ağaxanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...