Modern.az

Komitə sədri: “Onların şəxsi həyatına müdaxilə edilməsi ilə üzləşirik...”

Komitə sədri: “Onların şəxsi həyatına müdaxilə edilməsi ilə üzləşirik...”

Aktual

25 Yanvar 2019, 13:10

“Çox təəssüflər olsun ki, internet resurslarında, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin təhqir edilməsi, onların şəxsi həyatına müdaxilə edilməsi ilə üzləşir, qarşılaşırıq”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

 

Deputat qeyd edib ki, “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər ölkədə gənclər siyasətinin həyata keçirilməsinə öz müsbət töhfələrini verəcək:

 

“Qanun layihəsində insanların şərəf və ləyaqətinin qorurnması, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi ilə bağlı müddəanın nəzərdə tutulması çox müsbət haldır. Əslində bu məsələ digər qanunlarımızda da öz əksini tapıb”.

 

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...