Modern.az

Saleh Məmmədov anons verdi – genişmiqyaslı işlər aparılacaq

Saleh Məmmədov anons verdi – genişmiqyaslı işlər aparılacaq

Aktual

25 Yanvar 2019, 14:19

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) 2018-ci ilin yekunlarına və 2019-cu il qarşıda duran vəzifələrin icrasına həsr olunan kollegiya iclası keçirilib.

 

Modern.az xəbər verir ki,  Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq, respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərində 90 layihənin başa çatdığını bildirib:

 

“Bura 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası  və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi  işləri daxildir. Bu layihələr 2,2  milyon nəfər əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2042,3 km uzunluğunda avtomobil yollarıdır. Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır”.

 

S.Məmmədov qeyd edib ki, əhalinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il 33 körpü, 29 yol ötürücüsü,  4 tunelin tikilərək istifadəyə verildiyini, maddi-texniki bazanı gücləndirmək məqsədilə 221 adda maşın və mexanizmlərin alındığını iclas iştirakçılarının diqqətinə çatdırıb:

 

“Aparılmış kompleks tədbirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 km təşkil edirdisə, bu gün 448.5 km artaraq 909,5 km olub”. 

 

Kollegiya iclası zamanı Prezident İlham Əliyevin yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlandığı diqqətə çatdırılıb.

 

Sədr deyib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun açılışı ötən il ən yadda qalan hadisələrdəndir:

 

“2018-ci il sentyabrın 18-də Prezidentin iştirakı ilə tikintisi başa çatan və uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə Dövlət sərhədi  avtomobil yolunun açılış mərasimi keçirildi. Hazırda yeni magistral avtomobil yolunun 170 km-lik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər həyata keçirilir.

 

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin digər hissəsini təşkil edən və 2017-ci ilin sonunda prezident İlham Əliyevin təməlini qoyduğu Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 92 km hissəsinin 2018-ci ildə tikintisinə başlanıldı. Hazırda magistral yolun uzunluğu 29,9 km olan hissəsində işlər sürətlə davam edir. Yeni yolun 7,5 km hissəsində  asfalt-beton  örtüyün üst layı istisna olmaqla bütün işlər artıq başa çatıb.

 

Tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyətə malik olan daha bir yol Mingəçevir-Bəhramtəpə avtomobil yolu hesab olunur ki, oktyabr ayının 22-də ölkə başçısının iştirakı ilə sözügedən yolun 112 km-lik Qarağacı-Bəhramtəpə hissəsinin də açılışı ötən ilin yol infrastrukturu sahəsində ən mühüm hadisələrindədir.

 

S. Məmmədov 2019-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını qeyd edib:

 

“2019-cu ildə ilkin mərhələdə ümumi uzunluğu min km-dən artıq olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Bundan başqa respublika əhəmiyyətli və magistral yolların da tikintisi aparılacaq. Maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə 270 adda yeni maşın və mexanizmin alınması da nəzərdə tutulub”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...