Modern.az

YAP Lerik rayon Təşkilatının hesabat tədbiri keçirilib - FOTO

YAP Lerik rayon Təşkilatının hesabat tədbiri keçirilib - FOTO

Aktual

25 Yanvar 2019, 15:47

Yanvarın 25-də Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı aparatında 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

 

Modern.az-ın məlumatına görə, Yığıncaqda YAP Lerik rayon Təşkilatının sədri Cəlil Baxşiyev, Aparat rəhbəri Elxan Qənbərov və partiyanın sədr müavini, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev iştirak edib.

 

Tədbirdə məruzə ilə çıxış edən C.Baxşiyev 2018-ci ildə rayon partiya təşkilatının fəaliyyətindən danışıb. O qeyd edib ki, ötən il ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı təmin edilib, ölkəmizin həyatında böyük uğurlar əldə edilib, mühüm siyasi hadisə olan prezident seçkiləri keçirilib.

 

Bildirilib ki, hesabat dövründə rayon partiya təşkilatı tərəfindən gənclərin davamlı inkişafına hədəflənən çoxsaylı maarifləndirici görüşlər, sosial və humanitar layihələr həyata keçirilib.

 

Hesabat tədbirində çıxış edən E.Qənbərov Lerik rayonunun sürətli inkişafından, bu rayonda böyük quruculuq və abadlıq işlərindən danışaraq bu işlərin son illər ərzində həyata keçirildiyini, YAP Lerik rayon Təşkilatının gördüyü böyük işləri qeyd edib.

 

Sonra tədbirdə çıxış edən YAP Lerik rayon Təşkilatının sədr müavini, tibb elmləri üzrə fəlsəfə doktoru Mübariz Ağayev qeyd edib ki, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş YAP günümüzün aparıcı təşkilatı, siyasi qüvvəsi və ümumilikdə Cənubi Qafqaz regionunda ən böyük təşkilatdır. O, YAP-ın cəmiyyətdə aparıcı siyasi qüvvə olduğunu, partiyanın gənclərin davamlı inkişafında müstəsna rol oynadığını, gənclərə vətənpərvərlik hisslərinin aşılanması, onlarda milli-mənəvi dəyərlərə hörmət hisslərinin formalaşması və inkişafındakı rolunu qeyd edib.

 

M.Ağayev həmçinin bildirib ki, səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanması, əha­linin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin  olunması bu istiqamətdə həyata keçirilən siyasətin prioritetləridir. Onun sözlərinə görə, səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avalanlıqlarla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmin olunması, müalicəsi, uşaqların bütün növ xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir.

 

İclasda rayon təşkilatının, Qadınlar Şurasının, Gənclər Birliyinin hesabatları dinlənilib. Məruzələr ətrafında çıxışlar edilib. Sonda rayon təşkilatının 2019-cu ildə görəcəyi işlər müzakirə olunaraq müvafiq iş planı təsdiq edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...