Modern.az

Kürdəmirdə yol tikintisinin davamı üçün 8,8 milyon manat ayrıldı

Kürdəmirdə yol tikintisinin davamı üçün 8,8 milyon manat ayrıldı

Aktual

25 Yanvar 2019, 18:16

Prezident İlham Əliyev Kürdəmir rayonunun Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Karrar–Bağman–Böyük Kəngərli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım