Modern.az

KİVDF yeni jurnalist müsabiqəsi elan etdi 5200 manat mükafat fondu var

KİVDF yeni jurnalist müsabiqəsi elan etdi 5200 manat mükafat fondu var

28 Noyabr 2011, 16:39

Nərimanov  Rayon  İcra Hakimiyyəti   və  Azərbaycan  Respublikasının  Prezidenti  yanında Kütləvi İnformasiya  Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi   Fondu  fərdi jurnalist yazılarının birgə müsabiqəsini elan edib.

KİVDF-dən Modern.az-a verilən məlumata görə, müsabiqənin məqsədi Nərimanov rayonunda sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.
         
Müsabiqənin mövzusu “Nərimanov rayonunun sosial-iqtisadi inkişafı:  real vəziyyət və perspektivlər“dir.   

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri)  fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazı Fond tərəfindən elan edilmiş mövzuya uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır).

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Yazıda "Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

5. Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə),

6. A4 formatda çap (3 nüsxə) (müəllifin imzası göstərilməməlidir)

7. Elektron (Times New Roman şriftində - 12, CD diskdə) variantları təqdim olunmalıdır.

7. Yazılar A3 formatda 1 səhifə (9-11 min işarə) olmalıdır.

Yazılar 29 noyabr 2011-ci il tarixdən 24 dekabr 2011-ci il tarixədək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qaliblərin adları dekabrın 31-dək elan olunacaq.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə I-ci yer üçün bir,

II-ci yer üçün iki,

III-ci yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.
 
Bundan əlavə, 5 yazı müəllifinə həvəsləndirici mükafatlar veriləcək.

I yer - 1 000 manat

II yer - 800 manat

III yer - 600 manat

Həvəsləndirici mükafat - 200 manat

Qaliblər, həmçinin Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal