Modern.az

Tovuzda qohumunu güllələyən şəxs tutuldu - YENİLƏNİB

Tovuzda qohumunu güllələyən şəxs tutuldu - YENİLƏNİB

Aktual

25 Yanvar 2019, 23:46

Tovuz rayonunda qohumunu gülləyən şəxs saxlanılıb. Modern.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Grupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

 

Belə ki, Tovuz rayon Abulbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Fuad Rahim oğlu Əliyev özünə məxsus "Jİ-27" markalı tüfənglə qohumu, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kərimovu sağ topuq nahiyəsindən güllələyib. F.Əliyev daha sonra hadisə yerindən qaçsa da, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunub. Hadisə zamanı istifadə edilən silah polis tərəfindən götürülüb.

 

Bir güllə yarası alan E.Kərimov isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Hadisəyə səbəb atın otlaq sahəsinə bağlanması olub. Tərəflər arasında buna görə yaranan etiraz mübahisə və qanlı hadisə ilə nəticələnib.

 

Faktla bağlı araşdırma aparılır.

 

***

 

Tovuzda yerli sakin güllələnib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində qeydə alınıb.

 

Rayonun Abulbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Eldəniz Zirəddin oğlu Kazımov topuğundan güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə güllələndiyi araşdırılır.

 

Daha əvvəl Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım