Modern.az

Aviaşirkət 130-dan çox reysi ləğv etdi

Aviaşirkət 130-dan çox reysi ləğv etdi

Aktual

25 Yanvar 2019, 23:17

“Aeroflot” aviaşirkəti əlverişsiz hava şəraitinə görə yanvarın 26-27-də 130-dan çox reysi ləğv edib. Modern.az xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilir.

 

Məlumata görə, yanvarın 26-da 68 reys, 27-də isə daha 63 reys təxirə salınacaq. Dayandırılan uçuşlar Moskvadan London, İstanbul, Buxarest, Roma, Milan, Helsinki, Tallin və geriyə, habelə Avropanın və Rusiyanın digər şəhərlərinə olan reyslər dayandırılıb.

 

Bundan başqa, 171 reysin vaxtı dəyişdiriləcək.

 

Meteoroloqların proqnozuna görə, yanvarın 26-dan başlayaraq Moskvada üç gün davamlı qar yağacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım