Modern.az

İngiltərə bankı Venesuelanın qızıl ehtiyatını qaytarmaq istəmir

İngiltərə bankı Venesuelanın qızıl ehtiyatını qaytarmaq istəmir

Aktual

26 Yanvar 2019, 11:02

İngiltərə Bankı Venesuela Prezidenti Nikolas Maduroya 1,2 milyard dollarlıq qızıl külçə verməkdən imtina edib. Bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.

 

Mənbələrdən birinin sözlərinə görə, müvafiq qərar ABŞ-ın yüksək vəzifəli şəxslərinin, o cümlədən dövlət katibi Maykl Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun britaniyalı həmkarlarından Maduronun xaricdəki aktivlərə girişinə qadağa qoymaq xahişindən sonra qəbul edilib.

 

"Bloomberg"in məlumatına görə, Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollar təşkil edir. Onların bir hissəsi İngiltərə Bankındadır, digər hissənin yeri isə bilinmir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım