Modern.az

Rusiyadakı partlayışda 40 nəfər xəsarət aldı

Rusiyadakı partlayışda 40 nəfər xəsarət aldı

Aktual

26 Yanvar 2019, 21:23

Rusiyadakı partlayışda 40 nəfər xəsarət aldı. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Saratov vilayətinin Lısıye qorı qəsəbəsində kafelərdən birində baş verib.

 

Məlumata görə, “Randevu” kafesində qaz balonunun partlaması və sonradan yaranan yanğın nəticəsində 40 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlardan altı nəfəri üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralılardan ikisi uşaqdır.

 

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri işləyirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım