Venesuelada bir neçə gündür davam edən etiraz aksiyalarında 29 nəfər həyatını itirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Venesuela sosial münaqişələr rəsədxanası" Qeyri-Hökumət Təşkilatı məlumat yayıb.
Məlumata görə, bu yalnız şəxsiyyəti təsdiq edilən şəxslərin sayıdır.
Qeyd edək ki, bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.