İŞİD terror qruplaşmasının azı 40 başçısı taliblərin Əfqanıstanın şimal-qərbində yerləşən həbsxanasından qaçıb. Modern.az xəbər verir ki, bu barədə bazar günü İranın Tasnim agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, terrorçular həbsxanadan ABŞ hərbçilərinin keçirdiyi məxfi əməliyyat nəticəsində qaça biliblər.
Agentlik bildirir ki, hadisə iki həftə əvvəl Əfqanıstanın Badqis vilayətində baş verib. Amerika qoşunu həbsxanaya basqın edərək onun bütün mühafizəçilərini öldürüb. Bundan sonra İŞİD terrorçularının əcnəbilərdən ibarət 40 başçısı helikopterlərlə daşınıb.
Badqis vilayət şurası başçısının müavini Abdulla Əfzəlinin informasiyanı təsdiqlədiyi bildirilir.