Modern.az

BP-yə məxsus “Land Cruiser” “07”-ni vurdu: 1 ölü, 2 yaralı - FOTO  

BP-yə məxsus “Land Cruiser” “07”-ni vurdu: 1 ölü, 2 yaralı - FOTO  

28 Yanvar 2019, 18:04

Ötən həftənin cümə günü Xocahəsən yolunda BP şirkətinə məxsus olan H 021 705 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobil, 90 HN 079 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil ilə toqquşub. Bu barədə Avtosfer.az-a hadisə şahidləri məlumat verib. Nəticədə “07”-də olan 3 nəfərdən 1-i yerindəcə keçinib, ikisi ağır yaralanıb. 

Qeyd edək ki, avtomobili BP-yə məxsus “Atilla” adlı şirkətin sürücüsü idarə edib. Sürücü heç bir xəsarət almayıb. 

Xatırladaq ki, BP-yə məxsus olan avtomobillərin sürücüləri bir vaxtlar digərlərinə nümunə olaraq göstərilirdi. Görünür artıq bu ənənə keçmişdə qalıb

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım