Modern.az

“Bu addım şəhidlərimizin ruhuna dərin ehtiramın, ailələrinə qayğının ifadəsidir” - Azay Quliyev

“Bu addım şəhidlərimizin ruhuna dərin ehtiramın, ailələrinə qayğının ifadəsidir” - Azay Quliyev

Aktual

28 Yanvar 2019, 21:20

“Cənab Prezidentin I Vitse-Prezident Mehriban xanım Əliyevanın iştirakı ilə şəhid ailələri ilə görüş keçirməsi, müavinətlərlə bağlı əlavə tədbirlər görməsi Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhuna dərin ehtiramın və onların ailələrinə göstərilən xüsusi qayğının ifadəsidir”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Şura sədri Azay Quliyev tvitter hesabında qeyd edib.

 

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və I Vitse-Prezident Mehriban xanım Əliyeva Prezident Sarayında şəhid ailələri ilə görüşüb.  Görüşdə çıxış edən Prezident İlham Əliyev keçən il prezident seçildikdən sonra ilk fərmanının şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olduğunu deyib. Bu fərmanla 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinin nəzərdə tutulduğunu bildirib. Prezident artıq bu prosesin başladığını və 3 mindən çox şəhid ailəsinin vəsaiti aldığını qeyd edib.

 

Dövlət başçısı vaxtilə müavinəti almış ailələrlə bağlı araşdırmaların aparıldığını, onların aldığı vəsaitin bu günün məzənnəsi ilə uyğunsuzluq təşkil etdiyini nəzərə alaraq yeni fərman imzaladığını və bu fərmana əsasən 11 min manat alacaq vətəndaşların sayının artdığını bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım