Modern.az

Öyrədici həyat məktəbi - Hacı Zeynalabdin Tağıyev İnstitutu

Öyrədici həyat məktəbi - Hacı Zeynalabdin Tağıyev İnstitutu

Aktual

29 Yanvar 2019, 10:41

Biz Hacı Zeynalabdin Tağıyevin həyatını dərindən, sistemli şəkildə öyrənməliyik.  H.Z.Tağıyev nəsillərə nümunə olan şəxsiyyətdir.

Ölkəmizdə bu məqsədlə Hacı Zeynalabdin Tağıyev İnstitutunun yaradılmasına böyük ehtiyac var.

H.Z.Tağıyevin həyatının öyrəniləsi həmişə diqqət mərkəzində olub. Çoxlu dəyərli və əzəmətli işlər görülüb.

Mən fəxr edirəm ki, bu sahədə mənim də müəyyən xidmətlərim var. Bunların işıqlandırılmasında və dünya allimlərinə çatdırılmasında tarix üzrə fəlsəfə doktoru hörmətli Fərad Cabbarovun himayədarlığını həmişə qiymətləndirirəm.

H.Z.Tağıyev irsinin öyrənilməsi yönündəki işlərin sayının və həcminin artırılması, əhatə dairəsinin daha da genişləndirilməsi günümüzün əsas vəzifələrindən biri olmalıdır. Bu məqsədlə tarixi mənbələr dərindən araşdırılmalı, elm üçün əsas şərtlərdən biri olan sənədlərin öyrənilməsinə  ciddi əhəmiyyət verilməlidir.

 

Yaradılacaq instituta rus və Avropa dilləri ilə yanaşı, ərəb əlifbalı yazıları yaxşı oxumağı bacaran tanınmış şərqşünasların dəvət olunması da məsləhətdir.

 

Nazim Nəsrəddinov,
Əməkdar müəllimi, türkoloq 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım