MDB Dinlərarası Şuranın İrəvanda keçirilən konfransında iştirak etmiş bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadə Ermənistan paytaxtındakı Cümə məscidində namaz qılıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsininin sədr müavini Hacı Sabir Həsənli bu gün keçirdiyi mətbuat konfransında məluimat verib. O, bildirib ki, həmin məscid hazirda Ermənistanda yaşayan və işləyən müsəlmanların, əsasən İrandan gələnlərin ibadət yeridir.
MDB Dinlərarası Şuranın İrəvanda keçirilən konfransı çərçivəsində erməni katalikosu II Qaregin, bütün Qafqazın şeyxi Allahşükür Paşazadə və Rusiyanın patriarxı Kiril dünən Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına sadiq olduğunu deyərək birgə bəyanat yayıblar.
Modern.az