Modern.az

Polis 12 cinayətin üstünü “isti izlər”lə açdı

Polis 12 cinayətin üstünü “isti izlər”lə açdı

Aktual

30 Yanvar 2019, 09:37

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 12 cinayətin  üstü “isti izlər”lə açılıb.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. 

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım