Modern.az

Axtarışda olan Qəbələ sakini saxlanıldı

Axtarışda olan Qəbələ sakini saxlanıldı

Aktual

30 Yanvar 2019, 10:07

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş  rayonun Vəndam qəsəbə sakini, Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3 ( yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə ) maddələri ilə axtarışda olan Cavidan Məhyəddinli  Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində saxlanılıb.

Bu haqda Modern.az-a DİN mətbuat xidmətinin Şəki  regional qrupundan verilən məlumatda bildirilib.  

O, RPŞ-yə gətirilərək İstintaq bölməsinə təhvil verilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım