Modern.az

52 nəfər dövlət qulluğuna qəbulda uğur qazandı

52 nəfər dövlət qulluğuna qəbulda uğur qazandı

Aktual

30 Yanvar 2019, 14:43

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir.

DİM-dən Modern.az-a verilən məlumata görə, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Yanvarın 30-na olan məlumata görə, müsahibədə iştirak edənlərdən 52 nəfər vəzifəyə uyğun bilinib. Uğur qazananların 38-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, 4-ü Dövlət Turizm Agentliyini, 4-ü Maliyyə Nazirliyini, 3-ü Energetika Nazirliyini, 2-si Ali Attestasiya Komissiyasıni, 1-i isə Sumqayıt Apellyasiya Məhkəməsini seçib.

Müsahibə yanvarın 31-də yekunlaşacaq.

Xatırladaq ki, müsahibəyə mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 65 vakant vəzifə çıxarılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım