Modern.az

“Bu gün Venesuelada böyük etiraz aksiyası gözlənilir”

“Bu gün Venesuelada böyük etiraz aksiyası gözlənilir”

Aktual

30 Yanvar 2019, 18:04

“Bu gün Venesuelada böyük etiraz aksiyasının keçiriləcəyi gözlənilir”.

 

Bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

“ABŞ-ın sanksiyalarından sonra Maduro (Venesuela prezidenti Nikolas Maduronu nəzərdə tutur-red.) Venesueladakı müxalifətlə görüşmək istədiyini bildirdi. Xuan Quaydo Venesuelanın Konstitusiya Məhkəməsi ilə təhdid edilir. Bu gün (yanvarın 30-da) böyük etiraz aksiyalarının keçiriləcəyi gözlənilir. ABŞ vətəndaşları ikinci əmrə qədər Venesuelaya səyahət etməsinlər”, - deyə D.Tramp vurğulayıb.

 

“Report” xatırladır ki, yanvarın 21-dən Venesuelada etiraz aksiyası keçirilir. Müxalifət lideri Xuan Quaydo özünün Venesuelanın müvvəqəti prezidenti elan edib. ABŞ prezidenti Donald Tramp onu ölkə prezidentinin səlahiyyətlərini müvvəqəti icra edən şəxs kimi tanıyıb.

Bundan başqa Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Panama, Paraqvay, Qayana, Sent-Lüsi, Qvatemala və Peru Milli Assambleya sədri də X.Quaydonu tanıdıqlarını və onu tam dəstəklədiklərini bildiriblər.

 

Bir müddət əvvəl Venesuel prezidenti Nikolas Maduronun kiçik oğlu bidirmişdi ki, ABŞ ölkəsinə hərbi qüvvə tətbiq edəcəyi halda Ağ Evi ələ keçirəcək.

 

Virtualaz.org

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım