Modern.az

QHT tədbirində yeniyetmə və gənclərin aqressiv hisslərindən danışılıb (FOTO)

QHT tədbirində yeniyetmə və gənclərin aqressiv hisslərindən danışılıb (FOTO)

Təhsil

29 Noyabr 2011, 18:22

“Zirvə” Mədəniyyət və İncəsənət İçtimai Birliyi Prezidenti yanında  Qeyri-Hökümət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə  “Yeniyetmə və Gənclərdə kütləvi aqressiya hallarının aradan qaldırılması, içtimai davranış və ünsiyyət mədəniyyəti üzrə kultroloji təlimlərin təşkili” layihəsi çərçivəsində Zəngilan rayon 26№li tam orta məktəbində maarifləndirici tədbir keçirib.
 
Layihənin eksperti Zaur Zeynalov yeniyetmə və gənclər arasında yayılan kütləvi aqressiya hallarının yaranmasının səbəbləri mövzusunda geniş və ətraflı çıxış edib. O Azərbaycanın müharibə şəraitində olması və müharibənin təsiri, qaçqın-köçkün problemi, uğursuz ailələr, kənar mədəniyyətlərin sürətlə həyatımıza daxil olması, ailədə əxlaq, valideyn-övlad  münasibətlərindəki gərginliklər, küçə uşaqları məsələləindən, gənc nəslin cəmiyyətdə davranışlarında yol verdikləri nöqsanların  yeniyetmə və gənclərdə aqressiv hislərin güclənməsinə gətirib çıxarmasından danışıb.
Dərgah Əliquliyev isə çıxışında aqressyanı yaradan səbəblərlə bərabər bu problemlərin həlli yollarını öz çıxışında geniş və ətaflı şəkildə şərh edib. 
Sonra tədbirdə çıxış edən Şahin Qədirov, Xanəli Məmmədov, Sabir Hacıyev yeniyetmə və gənclərin aqressivliyinin qarşısının alınmasında ailənin və mühütin rolu mövzusunda fikir bildiriblər.
Tədbirin sonunda məktəbin direktoru Süleyman Abdullayev yeniyetmə və gənclər layihəsinin əhəmiyyətini qeyd edərək bu istiqamətdə tədbirlərin mütəşəkkil və davamlı olmasını məqsədəuyğun sayıb. Tədbir iştirakçılarına maarifləndirici materiallar paylanıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama