Modern.az

Şəmkirdə su nasoslarını oğurlayanlar tutuldu

Şəmkirdə su nasoslarını oğurlayanlar tutuldu

Aktual

31 Yanvar 2019, 09:57

Şəmkir rayonu Əliyaqublu kəndində yaşayan əhalini su ilə təmin edən qurğuların oğurlanması hallarının qarşısının alınması və bu cinayətləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, nəticədə kənd ərazisində təsərrüfat sahələrində quraşdırılan su nasoslarını oğurlamaqda şübhəli bilinən Əliyaqublu kəndi sakini Elnur Quliyev və həmkəndlisi Eynur Səlimovla birlikdə saxlanılıb.

Saxlanılan şəxslər  ifadəsində həmin nasosları əsasən sutkanın qaranlıq vaxtlarında oğurladıqlarını və satmaq üçün gizlətdiklərini etiraf ediblər.

Faktlarla araşdırmalar davam etdirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım