Modern.az

Ötən il Azərbaycanda qidadan zəhərlənənlərin sayı - RƏSMİ

Ötən il Azərbaycanda qidadan zəhərlənənlərin sayı - RƏSMİ

Aktual

31 Yanvar 2019, 12:08

"Ötən ilin iyul-dekabr ayları ərzində qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində plandankənar 148 yoxlama keçirilib".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

 

O bildirib ki, 6 ay ərzində sanitar-gigiyena ekspertizası zamanı 93 inzibati tənbeh qərarı qəbul edilib. Eyni zamanda 25 zərərsizləşdirmə tədbirlərinə qərar verilib.

 

Həmçinin qida zəhərlənməsi ilə bağlı 168 müraciət qeydə alınıb. Bunun da 77-si öz təsdiqini tapıb. Nəticədə 187 nəfər zəhərlənməyə məruz qalıb. Botulizm zəhərlənməsi hadisəsi 14 olub ki, 1 nəfər dünyasını dəyişib".

AQTA sədri qeyd edib ki, qida təhlükəsizliyi sahəsində verilmiş icazə sənədlərinin sayı 5586 təşkil edib:

 

"Həmin müddət ərzində idxal üçün 5186, ixrac üçün isə 400 sertifikat verilib".

Q.Təhməzli deyib ki, işçi heyəti üzvlərindən 8 nəfər tutduğu vəzifədən kənarlaşdırılıb: "14 məhsulun satışı dayandırılıb, 7 məhsulun istehsalı qadağan edilib". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım