Modern.az

Dörd ildə 1125 layihəyə 7,4 milyon manat verilib

Dörd ildə 1125 layihəyə 7,4 milyon manat verilib

30 Noyabr 2011, 11:17

Regionlarda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş məlumatlandırma sessiyaları keçirilir. Bu barədə Modern.az saytına qurumun mətbuat xidmətindən məlumat verilib.

Davamlı şəkildə 14 şəhər və rayon mərkəzində keçirilməsi nəzərdə tutulan tədbirlərdə Şura tərəfindən QHT-lərə verilən dövlət dəstəyinin əsas istiqamətləri və prinsipləri, bu istiqamətlər üzrə görülən işlər, maliyyələşdirilən layihələr, onların nəticələri, həyata keçirilmiş təlimlər və digər tədbirlər barədə ətraflı məlumat verilir. Sessiyalarda, həmçinin, Şuranın nəşri olan kitablar, jurnallar, buklet və broşurlar tədbir iştirakçılarına paylanır.

“Ötən 4 il ərzində Şura 1125 QHT layihəsinə 7,4 milyon manatdan artıq vəsait ayırıb. İctimai həyatın bütün sahələrini əhatə edən bu layihələr vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində müstəsna əhəmiyyət kəsb edib. On illərlə xarici donorlardan maliyyə yardımı ala bilməyən ölkə QHT-ləri Şura vasitəsilə öz layihələrini kütləvi şəkildə reallaşdırmağa başlayıb. Şuranın milli donor fəaliyyəti QHT sektorunda böyük canlanma yaratmış, uzun illər fəaliyyətsiz qalan QHT-lər dirçəlmiş, paytaxtda və regionlarda yeni QHT-lərin yaranması sürətlənib”.

         Tədbirlərdə Şuranın növbəti il üçün maliyyələşdirmə istiqamətləri barədə müzakirələr aparılır və yerli QHT-lərin təklifləri öyrənilir. Noyabrın 29-dan başlayan məlumatlandırma sessiyaları Gəncə, Bərdə, Qazax, Şəmkir və Mingəçevir şəhərlərində keçirilib. Analoji tədbirlərin Quba, Xaçmaz, Şirvan, Lənkəran, İmişli, Qəbələ, Şəki və digər rayonlarda da keçirilməsi planlaşdırılır.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal