Modern.az

YAP öz deputatlarını qərargaha ÇAĞIRDI  

YAP öz deputatlarını qərargaha ÇAĞIRDI   

Aktual

31 Yanvar 2019, 15:17

Yanvarın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Milli Məclisində partiyanı təmsil edən deputatlarla görüş keçirilib. Bu barədə Modern.az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

YAP sədrinin müavini-icra katibi, Əli Əhmədov bu görüşün partiyanı parlamentdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Ötən ilin ölkəmiz üçün uğurlu olduğunu deyən YAP sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı dəyərləndirmələri bütövlükdə ötən ilin yekunlarına verilən ən düzgün və əhatəli qiymətdir.
"Dövlətimizin başçısı, həmçinin 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini geniş şəkildə ifadə etdi".

Daha sonra Əli Əhmədov qarşıda duran vəzifələrdən danışıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım