Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə “donuz qripi”nin aşkarlanması barədə məlumatına münasibət bildirib.
Modern.az-ın xəbərinə görə, Nazirlikdən “Report”un sorğusuna cavab olaraq qeyd olunub ki, Azərbaycanda bu günə qədər “donuz qripi”nə yoluxma halları aşkarlanmayıb.
“Taun Əleyhinə Stansiya ÜST-yə hər hansı nümunə göndərməyib. Həmin təşkilat da hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb bizə məlum deyil”, - deyə Səhiyyə Nazirliyindən bildirilib.