“Palmali” Şirkətlər Qrupunun 2015-ci ildə suya buraxdığı “Poet Qabil” gəmisinin adının dəyişdirildiyi barədə məlumatlar yayılıb.
Modern.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın Xalq şairi, mərhum Qabilin adı verilmiş “Poet Qabil” gəmisi hazırda “BLUE LAKE STAR” adlanır.
“Palmali” Şirkətlər Qrupunun RST22M layihəsi üzrə inşa etdirdiyi Armada tipli, 7100 tonluq neft tankerinin artıq yeni ad altında üzdüyü bildirilir.
“Palmali” Şirkətlər Qrupundan yayılan məlumatla bağlı açıqlama almağa çalışacağıq...