Modern.az

Deputatlar kənd təsərrüfatının sığortalanmasını istəyirlər

Deputatlar kənd təsərrüfatının sığortalanmasını istəyirlər

Aktual

31 Yanvar 2019, 14:20

“Sığorta hər sahədə olduğu kimi, kənd təsərrüfatında da vacib məsələlərdəndir".

 

Modern.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası deputat Eldar Quliyev deyib.

 

O bildirib ki, Sığorta hər sahədə olduğu kimi, kənd təsərrüfatında da vacib məsələlərdəndir:

 

“Sığorta hər sahədə olduğu kimi, kənd təsərrüfatında da vacib məsələlərdəndir. “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi qəbul edilərsə, müsbətə doğru addım atılmış olar, sahibkarlar bundan yararlanarlar. Azərbaycanın iqlimi o qədər dəyişikliyə məruz qalmır, amma ölkəmizdə subasma hadisəsi baş verir, dolu düşür və digər neqativ hallar olur. Belə olan halda sahibkarlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilər. Ümid edirəm ki, yaz sessiyasında bu qanun layihəsi qəbul ediləcək”.

 

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım