Modern.az

Keçmiş məhkum bu dəfə narkotiklə tutuldu

Keçmiş məhkum bu dəfə narkotiklə tutuldu

Aktual

31 Yanvar 2019, 18:07

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həbibov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin götürülüb.

 

Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş P.Qurbanov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan da heroin götürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım