İranla xüsusi maliyyə tranzaksiyaları mexanizmi qeydiyyata alınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu cümə axşamı Fransanın xarici işlər naziri Jan-İv Le Drian Avropa İttifaqının XİN rəhbərlərinin Buxarestdə keçirilən görüşündə deyib.
Məlumata görə, Fransada Avropa İttifaqının iki başqa dövləti – Almaniya və Böyük Britaniyanın iştirakı ilə xüsusi tranzaksiya mexanizmi qeydiyyata alınıb.
Bildirilir ki, bu alət İran tərəfindən nüvə sazişinin icrasına dəstək göstərməyə yönəlib.