Modern.az

Əməkdar artist 86 yaşında dünyasını dəyişdi

Əməkdar artist 86 yaşında dünyasını dəyişdi

Aktual

1 Fevral 2019, 00:57

Rusiyanın əməkdar artisti Valentina Berezutskaya 86 yaşında dünyasını dəyişib.  Modern.az xəbər verir ki, bu barədə "Rossiya K" kanalı ("Mədəniyyət") öz "Twitter" səhifəsində məlumat yayıb.

 

Məlumatda aktrisanın yanvarın 31-i ürək tutmasından öz evində öldüyü bildirilir.

 

Qeyd edək ki, Valentina Berezutskaya "I əməliyyatı və Şurikin digər macəraları" (1965),   "Durnalar uçur" (1957), "Əsgər haqqında ballada" (1959), "Pokrovskie qapıları" (1982), "Qarı nənələr" (2003), "Gündüz gözətçisi" (2006), "Əlahəzrətin adyutantı" və s ekran əsərlərində rol alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım