Modern.az

Azərbaycanlı deputat İraq türkmanları ilə görüşüb (FOTOLAR)

Azərbaycanlı deputat İraq türkmanları ilə görüşüb (FOTOLAR)

30 Noyabr 2011, 12:23

İraqda səfərdə olan millət vəkili, İraq-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva ölkə parlamentinin türkman kökənli millət vəkilləri Jalə Neftçi, Nəbil Harbo, Hasan Özmen Al-Bayati, Abbas Bayatlı ilə görüşüb. Görüş zamanı İraqlı millət vəkilləri İraqdakı vəziyyət, türkmanların vəziyyəti, Azərbaycanla İraq  arasında bütün istiqamətlərdə münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə məlumatlar veriblər. Azərbaycanı sevdiklərini bildirən millət vəkilləri parlamentlərarası münasibətlərin inkişafının vacibliyini vurgulayıblar.
Millət vəkili Qənirə Paşayeva da Azərbaycanın İraqla əməkdaşlığın inkişafına önəm verdiyini, parlamentlərarası münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayaraq dekabrın ortalarında İraq-Azərbaycan Parlamentlərarası dostluq qrupu üzvlərinin Bakıya səfərinin də  bu istiqamətdə münasibətlərə öz müsbət töhvəsini verəcəyini vurğulayıb.

“İraq Parlamenti qarşısında törədilən partlayış nəticəsində 1 nəfərin həlak olması, 6 nəfərin yaralanmasına sizin kimi  biz də  üzüldük”-  deyən millət vəkili Azərbaycanın dost İraq dövlətinin və xalqının sabitliyi, təhlükəsizliyi və inkişafında maraqlı olduğunu deyib. İraq Türkman Cəbhəsinin sözcüsü, Yürütmə Qurumunun və Kərkük Il Məclis üzvü Əli Mehdiyə qarşı sui-qəsd, onun evinin önündə yerləşdirilən bombaların partladılması nəticəsində 1 nəfərin həlak olması, 15  nəfərin yaralanmasından azərbaycanlıların da üzüldüyünü deyən Qənirə Paşayeva ƏIi Mehdinin bu sui-qəsddən salamat  qurtula bilməsindən sevindiklərini bildirib.

Qənirə Paşayeva görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsi, Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımları, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi,  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin yerinə yetirilməməsi barədə məlumat verib.
Qənirə Paşayeva  Azərbaycan həqiqətlərinin İraq ictimaiyyətinə daha geniş çatdırılması  istiqamətində millət vəkillərinin öz səylərini daha da artıracağına inandığını dilə gətirib. O, görüş iştirakçılarına Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar,  kitablar və sənədli filmlər də təqdim edib və onları Azərbaycana dəvət edib.

 Azərbaycanı sevdiklərini bildirən Türkman millət vəkilləri məmnuniyyətlə Azərbaycana səfər etmək istədiklərini və edəcəklərini söyləyiblər. Onlar həm ölkələri, həm də Azərbaycan türkləri ilə İraq türkləri arasında əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində ikitərəfli səylərin daha da artırılmasını vacib sayıblar. Onlar Azərbaycan həqiqətlərinin yayılması istiqamətində öz səylərini bundan sonra daha da artıracaqlarını vurğulayıblar.



Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama