Modern.az

Baş epidemioloq Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxduğunu TƏSDİQLƏDİ

Baş epidemioloq Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxduğunu TƏSDİQLƏDİ

Aktual

1 Fevral 2019, 11:00

Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasında 16 nəfərdə A/H1N1 virusu təsdiqlənib.

Modern.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev məlumat verib. O bildirib ki, 16 nəfərin virusa yoluxması bu nəticələrə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənib. 

"Azərbaycanda hazırda nə epidemiya, nə də pandemiya var. Mövsümi qrip müşahidə edilir. A/H1N1 virusu müşahidə edilən 16 nəfərdən hazırda xəstəxanada olanı yoxdur, onlar hamısı sağlam vəziyyətdədir". 

 
Qeyd edək ki, A/H1N1 virusu başqa adla "Donuz qripi" kimi tanınır. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım