Modern.az

Qərbi Kaspi Universiteti ilə Koreya universiteti arasında memorandum imzalanıb

Qərbi Kaspi Universiteti ilə Koreya universiteti arasında memorandum imzalanıb

Aktual

1 Fevral 2019, 11:02

Qərbi Kaspi Universiteti və Koreya Elm və Texnologiya Universiteti arasında memorandum imzalanıb.

 

Modern.az xəbər verir ki, 2019-2024-cü illəri əhatə edən əməkdaşlıq razılaşmasına əsasən universitetlər arasında akademik və administrativ heyətin əməkdaşlığı, tələbə mübadiləsi, ortaq tədqiqat fəaliyyətləri, mühazirə və seminarların təşkili nəzərdə tutulur.

 

Eyni zamanda sənəd Qərbi Kaspi Universitetinin tələbələrinə daha yaxşı şərtlərlə Koreyada qısa və uzunmüddətli təhsil və təcrübə imkanı yaradacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım